RU

Fernandeş "Beşiktaş"ı "Zenit"ə dəyişir

"Beşiktaş"ın yarımmüdafiəçisi Jedson Fernandeş karyerasını "Zenit"də davam etdirəcək.

90deqiqe.Az “A Bola”ya istinadən məlumat verir ki, “göy-ağ-göylər” 25 yaşlı futbolçu ilə 4 illik əmək müqaviləsi imzalamaq üçün anlaşıb. Fernandeşin maaşı mövsümə 3 milyon avro olacaq.

Yarımmüdafiəçi ötən mövsüm İstanbul təmsilçisinin heyətində 45 matçda iştirak edib, bu oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib. Ötən mövsüm “Zenit” Rusiya çempionu olmaqla yanaşı, ölkə kubokunun və Superkubokunun qalibi olub.

Избранный
84
90deqiqe.az

1Источники