Türkiyənin Şırnak şəhərində yük maşınının baryerlərə çırpılması nəticəsində 8 nəfər xəsarət alıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şırnakın Cizre rayonunda sürücünün qəfil idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı baryerlərə çırpılıb.
Qəza nəticəsində sürücü və avtomobildə olan 7 nəfər xəsarət alıb.
Yaralılar Cizre Dövlət Xəstəxanasına aparılıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə