RU

Le Monde: Makron Ukrayna haqqında danışmağı dayandırıb

Le

Bakı, 25 iyun, AZƏRTAC

Fransa prezidenti Emmanuel Makron seçkilər fonunda Ukrayna haqqında danışmağı dayandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Le Monde nəşrində dərc olmuş məqalədə deyilir.

“Parlamentin buraxılması nəticəsində baş verən “zəlzələ” Ukrayna məsələsini nəinki arxa plana keçirib, eləcə də bunu Avropa seçkilərinin məsələlərindən birinə çevirməyə çalışan Makronu susdurub”, - deyə nəşr yazır.

Məqalədə qeyd olunur ki, seçkilərdə dominantlıq edən iki blokda - Yeni Xalq Cəbhəsi və Milli Birlik partiyasında Ukrayna məsələsi praktiki olaraq unudulub.

Emmanuel Makron iyun ayında bildirmişdi ki, Paris ilin sonunadək Kiyevə “Mirage 2000-5” qırıcıları verəcək və ukraynalı pilotların təlimini təşkil edəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
2
azertag.az

3Источники