RU

Pentakampeonlar “qara zolaq”da

Braziliya millisi “qara zolaq”dan çıxa bilmir.

İdman.biz xəbər verir ki, pentakampeonlar son 5 rəsmi xarakterli oyunda qələbə qazanmayıb.

“Sambaçılar” DÇ-2026-nın seçmə mərhələsinin 4 görüşündə uğursuzluqla üzləşib. Venesuela (1:1), Uruqvay (0:2), Kolumbiya (0:2) və Argentina (0:1) ilə görüşlərdə cəmi 1 xal toplayan Braziliya seriyasını Amerika kubokunda davam etdirib. Bu dəfə Kosta-Rika ilə qarşılaşma qələbəsiz bitib – 0:0.

Bu, son 23 ildə Braziliyanın ən uzun “qara zolağı”dır. 2001-ci ildə pentakampeonlar ardıcıl 6 matçda qalib gəlməyib.

Kosta-Rika isə tarixə Braziliyaya rəsmi matçda uduzmayan ikinci Mərkəzi Amerika komandası kimi düşüb. 2001-ci ildə Honduras Amerika kubokunda 2 cavabsız qolla qələbə qazanıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
1
idman.biz

2Источники