RU

Hər şey müharibə öncəsi vəziyyəti xatırladır: Ermənistan ölümcül savaşa sürüklənir 

Son günlər Ermənistanın Fransa tərəfindən silahlandırılması, konstitusiya dəyişikliyinə getməmək cəhdləri rəsmi İrəvanın sülh ritorikasından uzaqlaşdığını göstərir.

Maraqlıdır, Ermənistan sülhdən yayınır, yoxsa bu haqda görüntü yaradır? Bakının əlində sülhəməcburetmə mexanizmi, rıçaqı qalırmı?

Mövzu ilə bağlı  danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Ermənistan-Azərbaycan münasibətləri hazırda gərginlik mərhələsinə keçib:

“Azərbaycanın gözləntisi Ermənistanın sülh sazişini imzalamasıdır. Lakin rəsmi İrəvan sözdə sülh sazişini imzalamağa “yaxın” olduğunu desə də, arxada Fransadan silah almağa başlayıb. Fransa beynəlxalq institutlarda Azərbaycana qarşı özünü bir nömrəli düşmən rolunda aparır. Onun məqsədi Ermənistan vasitəsilə üçüncü böyük müharibəyə başlamaqdır. Bu müharibəni İrəvan istəmir, ona məcbur edirlər. Sülh sazişinin imzalanması ləngiyir”.

 
Hərbi ekspertin sözlərinə görə, atəşkəs vəziyyətində olan tərəflər ya sülhə, ya da müharibəyə gedəcəklər:

“Ermənistanın son addımları onun ikincini seçdiyini göstərir. Böyük qlobal güclərin İrəvan üzərindən maraqları var və Ermənistan da bunu həyata keçirir. İndiki ritorika müharibə öncəsi vəziyyətdən xəbər verir”.  / Globalinfo.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
referans.az

1Источники