RU

Luis De La Fuente: "Sabah hər şey başqa cür ola bilər"

"Hər oyun çətin keçir. 3 oyunda 3 qələbə qazandıq. 1/8 finaldakı rəqibimizi bilmədiyimiz üçün dəqiq nəsə demək çətindir. Ümumi götürsək, pley-offda istənilən rəqiblə qarşılaşmağa hazırıq". Sport24.az xəbər verir ki, bu sözləri AVRO-2024-ün qrup mərhələsinin III turunun Albaniya ilə oyunundan sonra İspaniya millisinin baş məşqçisi Luis De La Fuente deyib. 
 
62 yaşlı çalışdırıcı növbəti oyunların daha çətin keçəcəyini də vurğulayıb: "Avropanın 16 ən yaxşı komandası növbəti mərhələyə yüksələcək, ona görə də favorit olduğumuzu demək çətindir. Bu gün zirvədə ola bilərsən, amma sabah hər şey başqa cür ola bilər. Gəlin futbolçulara əlavə təzyiq göstərməyək".
 
Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin III turu çərçivəsində İspaniya Albaniya millisinə qalib gəlib - 1:0.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
sport24.az

1Источники