RU

Əhalisi ən çox və ən az artan rayonlar

2023-cü ildə Azərbaycan əhalisinin sayı 53625 nəfər və ya 0,5 faiz artıb. Beləliklə, 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 10180770 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il əhalisinin artım tempi ən çox olan rayonlar Qobustan, Yardımlı və Cəlilabad olub.

Belə ki, Qobustanda ötən il əhalinin sayı 47 min, Yardımlıda 68.4 min, Cəlilabadda 217.1 min nəfər olub. Sözügedən rayonlarda artım tempi müvafiq olaraq 1.3, 1.2 və 1.0 olub.

Əhalisinin artım tempi ən az olan rayonlar isə Şahbuz (əhalisi 25.4 min), Daşkəsən (33.3 min) və Gədəbəy (101 min) olub. Bu rayonlarda əhalinin artım tempi müvafiq olaraq 0.1, 0.2 və 0.2 olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
8
qaynarinfo.az

8Источники