RU

Ərdoğan 7 şəhər üzrə təşkilat sədrini dəyişib - Siyahı

Prezident Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) 7 şəhər üzrə təşkilat sədrini vəzifələrindən azad edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə partiya açıqlama verib.

Bildirilib ki, AK Partiyanın Adıyaman, Afyonkarahisar, Erzincan, Qaziantep, Kastamonu, Osmaniye və Zonguldak şəhər təşkilatlarının sədrlərinə yeni  təyinatlar olub: "Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğanın əmri ilə Adıyamana Faruk Bülent Kablan, Afyonkarahisara Turgay Şahin, Erzincana Alpay Kabadayı, Gaziantepə Fatih Muhaddis Fedaioğlu, Kastamonuya Ahmet Sevgilioğlu, Osmaniyeyə Mehmet Sadi Binboğa ve Zonguldak təşkilatına Mustafa Çağlayan təyinat alıblar".

Zülfiyyə

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
1
mia.az

2Источники