RU

Moskva vilayətində baş verən güclü yanğında ölənlərin sayı artıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Moskva vilayətinin Fryazino şəhərində yanğın yerindəki binada daha dörd nəfərin meyiti tapılıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
"Dörd nəfərin cəsədi yeddinci mərtəbədə tapılıb. Hazırda onların cinsi və şəxsiyyəti müəyyənləşdirilir", - agentlikdən bildirilib.
Xatırladaq ki, iyunun 24-də Moskva ətrafındakı Fryazino elmi şəhərciyində əvvəllər "Platan" Elmi-Tədqiqat İnstitutunun yerləşdiyi ofis binasında yanğın olub. Hadisə zamanı doqquz nəfərin öldüyü bildirilib.
Mənbə: TASS
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
50
oxu.az

10Источники