RU

Dənizçilər günü münasibəti ilə TƏBİB-dən aksiya » Medical Media


İyunun 25-i Beynəlxalq Dənizçilər Günüdür.

TƏBİB-in “Peşə günləri” layihəsi çərçivəsində əlamətdar gün münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında, eyni zamanda Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Poliklinikasında dənizçilərin tibbi müayinəsi təşkil olunub. 

Tibbi aksiya zamanı qurumun bir sıra əməkdaşları ixtisaslı həkimlər tərəfindən müayinə edilib. Onlar 700-ə yaxın tibbi xidmət, laborator və diaqnostik müayinələrdən keçiblər.

Qeyd edək ki, TƏBİB tərəfindən başladılan və bir müddətdir ki, davam edən “Peşə günləri” layihəsinin məqsədi peşə sahiblərinin sağlamlığının qorunması, əmək fəaliyyəti nəticəsində yaranan xəstəliklərin erkən aşkarlanmasıdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
1
medicalmedia.az

2Источники