RU

Braziliya ABŞ-nın təzyiqi ilə Abuumar və ailəsini deportsiya edib

Braziliya

Braziliya ABŞ Dövlət Departamentinin tələbi ilə HƏMAS üzvü və ailəsini Braziliyadan deportasiya edib.

Reyting.az
-ın xəbərinə görə, Braziliya Federal Polisinin mənbələri bildirib ki, 37 yaşlı Müslüm Abuumar, 7 aylıq hamilə həyat yoldaşı, oğlu və qayınanası ölkəyə daxil olarkən hava limanında saxlanılaraq paytaxt Dohaya geri göndəriliblər.

Mənbələr deportasiya tələbinin ABŞ Dövlət Departamentindən gəldiyini və fələstinli şəxsin HƏMAS ilə dərin əlaqələri olduğunun hakim qarşısında sübuta yetirildiyini bildirib.

Abuumarın vəkili Bruno Henrique de Moura deyib ki, fələstinli ailə hava limanının girişində heç bir axtarış qərarı olmadan polis tərəfindən saxlanılıb.

Moura bildirib ki, Braziliya polisi Abuumarın adının ABŞ hökumətinin terrorçulara nəzarət siyahısında olmasına əsaslanaraq ABŞ-nın siyasi motivli tələbini qəbul edib.

“ABŞ bu siyahıdan Fələstin tərəfdarlarının həyatını çətinləşdirmək üçün istifadə edir”, - Moura deyib.

Bildirilib ki, Abuumar Braziliyada yaşayan qardaşını ziyarət etməyə gəlib. Fələstinin Braziliyadakı səfiri İbrahim Əl Zebenin sözlərinə görə, Abuumarla bağlı səfirliklə rəsmi əlaqə saxlayan olmayıb.

Hakim Milenna da Cunha Abuumarın deportasiya qərarını təsdiqləyib. O, Abuumarın Qətərin paytaxtı Dohada HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə görüşdüyünü bildirən sosial media paylaşımlarına da toxunub.

Qərarda Abuumarın Asiya Yaxın Şərq Mərkəzinə rəhbərlik etdiyi və həyat yoldaşının malayziyalı, uşaqlarının isə Malayziya əsilli olduğu bildirilib.

Qərarda həmçinin qeyd olunur ki, Braziliya polisi Abuumarın həyat yoldaşının dünyaya gəlməsi və uşaqlarının Braziliya vətəndaşı olması üçün ailəsi ilə birlikdə Braziliyaya getməsindən şübhələnir.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
1
reyting.az

2Источники