NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiqi ilə bağlı narahatlıq iyulda keçiriləcək sammitdə Ukraynanın alyansa daxil olmasına maneə ola bilər. Reyting.az xəbər verir ki, bu barədə jurnalist Stavros Atlamazoğlu ABŞ-nin “National Interest” (NI) jurnalına yazdığı məqaləsində qeyd edib. Amerikalı jurnalist vurğulayıb ki, Ukrayna məhz alyansa qoşulmağa çalışdığı məsələyə, yəni kollektiv müdafiə öhdəliklərinə mane olur. Atlamazoğlunun fikrincə, Kiyevin NATO-ya daxil olması Rusiya ilə birbaşa toqquşmaya səbəb ola bilər: “Bu da blok üçün arzuolunmazdır”.ELÇİN Ukrayna Nato Sammit Kollektiv Müdafiə Amerikalı Jurnalist Stavros Atlamazoğlu