RU

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Manisa şəhərində 5 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 12,7 km dərinlikdə yerləşib. Zəlzələ Bakı vaxtı ilə 02:36 qeydə alınıb. Təbiət hadisəsinin episentri Soma yaşayış məntəqəsində olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Избранный
54
14
qafqazinfo.az

9Источники