RU

Hanter Baydenin vəkilləri təkrar məhkəmə ilə bağlı vəsatət qaldırıblar

Hanter

Vaşinqton, 25 iyun, AZƏRTAC

Silah alışı məsələsində təqsirli bilinən ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenin vəkilləri məhkəmə prosesinin təkrar keçirilməsi ilə bağlı vəsatət qaldırıblar.

AZƏRTAC-ın məlumatına görə, etiraz əsasən məhkəmə prosesinin mahiyyəti deyil, prosedur qaydalarına əməl olunmaması ilə bağlıdır. Vəkillərin müraciətində bildirib ki, H.Baydenin məhkəmə prosesi vaxtından əvvəl başlayıb və təkrar keçirilməlidir. Məsələyə baxan hakimin daha yüksək instansiya məhkəməsinin rəsmi icazəsi olmadan məhkəmə heyətini təyin etməyə və prosesi aparmağa hüquqi icazəsi olmayıb.

Qeyd edək ki, iyunun 12-də ABŞ-nin Delaver ştat məhkəməsində hakimlər kollegiyası ABŞ Prezidenti Co Baydenin oğlu 54 yaşlı Hanter Baydeni silah alışı məsələsində təqsirli bilib. O, 2018-ci ildə odlu silah alarkən narkotik maddə qəbul etməməsi ilə bağlı yalan danışmaqda təqsirləndirilir. Təqsiri sübuta yetirilərsə, Hanteri 25 ilə kimi azadlıqdan məhrumedilmə cəzası və 750 min dollar cərimə gözləyir.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
azertag.az

1Источники