B qrupunda mübarizənin başa çatmasından sonra Avro-2024-də 1/8 finalın bir cütlüyü məlum olub.
QOL.az xəbər verir ki, B qrupunu ikinci pillədə başa vuran İtaliya millisi pley-offda A qrupunun ikincisi olan İsveçrə millisi ilə üz-üzə gələcək. Bu, 1/8 finalın ilk oyunu olacaq.
İyunun 29-da keçiriləcək İsveçrə - İtaliya matçına Berlin ev sahibliyi edəcək. Görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Qeyd edək ki, bu ana qədər Avropa çempionatında İtaliya və İsveçrə ilə yanaşı, İspaniya, Almaniya və Portuqaliya milliləri qrup qalibi kimi 1/8 finala vəsiqəni rəsmiləşdirsələr də, hələlik onların rəqibləri qeyri-müəyyəndir. Almaniya 1/8 finalda C qrupunun ikincisi ilə üz-üzə gələcək. İspaniya və Portuqaliyanın rəqibi isə qrup üçüncülərindən olacaq.