Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Albaniya və İspaniya milliləri üz-üzə gəlib.
APA xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda İspaniya minimal hesabla qələbə qazanıb – 0:1.
Oyunun 13-cü dəqiqəsində Ferran Torres qarşılaşmanın yeganə qolunu vurub.