Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Nəzarət Ölçü Cihazları İdarəsinin rəisi Eyvaz Hüseynov vəzifəsindən azad edilib.Reyting.az Report-a istinadla xəbər verir ki, onun yerinə Səməd Rzazadə təyin olunub.O, bundan əvvəl “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də çalışıb.E.Hüseynov “Azərsu” ASC-nin keçmiş rəisi Qorxmaz Hüseynovun yaxın qohumudur.