Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşündə hesab açılıb.
Moderator.az xəbər verir ki, ispanlar 13-cü dəqiqədə hesabda önə keçiblər.
Qeyd edək ki, Ferran Torres albanların qapısına yol tapıb.
23:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya - İspaniya görüşü start götürüb.
Moderator.az xəbər verir ki, B qrupunun oyunu Düsseldorfdakı "Esprit Arena"da keçirilir.
Qeyd edək ki, qarşılaşmanı isveçli baş hakim Qlenn Nyuberq idarə edir.