RU

Axtarışda olan PKK-nın 2 üzvü məhv edildi

“Bozdoğan-45” əməliyyatında biri qırmızı kateqoriyada axtarışda olan 2 terrorçu zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Əli Yerliqaya "X" sosial şəbəkədə paylaşım edib.

Əməliyyatlar zamanı separatçı terror təşkilatının üzvü olan terrorçular zərərsizləşdirilib. Əli Yerliqaya zərərsizləşdirilən Beritan Amara kod adlı Sultan Dağ və Zeynep Cudi kod adlı Zeynep Nibatın 6 təhlükəsizlik əməkdaşının şəhid olduğu, 19 təhlükəsizlik əməkdaşının yaralandığı 9 hücumda iştirak etdiklərini təsdiqləyib. Nazir Yerliqaya terrorçulara qarşı keçirilən əməliyyatlar zamanı 2-si qırmızı, 4-ü narıncı, 2-si boz kateqoriyasında olmaqla cəmi 11 terrorçunun zərərsizləşdirildiyini bildirib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
2
teleqraf.com

3Источники