RU

Moskva yaxınlığında güclü yanğın başlanıb

Editor.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi Telegram-da məlumat yayıb: “Moskva yaxınlığındakı Fryazinoda Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları inzibati binada baş vermiş yanğını söndürür və insanları tüstü basmış otaqlardan xilas edirlər”, – deyə məlumatda bildirilir.

Rusiya departamenti binanın beşinci mərtəbədən səkkizinci mərtəbəyə qədər yandığını qeyd edib və hadisə yerindən videogörüntü nümayiş etdirib: “Fryazinoda yanğının sahəsi 4500 kvadratmetrə qədər artıb”, – Fövqəladə Hallar Nazirliyi vurğulayıb. Yanğınım söndürülməsinə iki helikopter cəlb olunub.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
editor.az

1Источники