Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 27-də Brüsseldə keçiriləcək Avropa Şurasının sammitinin birinci günündə iştirak edəcək.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa İttifaqı (Aİ) nümayəndəsinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, səfər Ukrayna ilə bağlı bir sıra Avropa təşəbbüsləri, o cümlədən iyunun 25-nə planlaşdırılan Aİ-yə daxil olmaq üzrə danışıqların rəsmi başlanması ilə bağlıdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun