RU

Məhşur məhbus qadınlar kamera yoldaşı oldular

Türkiyənin aylardır danışdığı iki məşhur məhbus bankir Seçil Erzan və fenomen Dilan Polad saxlanıldıqları həbsxanada eyni kameraya köçürülüb.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə hər iki şəxs həbsxana rəhbərliyinə müraciəti qəbul edib.

Türkiyənin aylardır haqqında danışdığı Dilan Polad çirkli pulların yuyulması ittihamı ilə 7 ay, Seçil Erzan isə dələduzluq və mənimsəmə ittihamı ilə 14 aydır həbsdədir.

Xəbərdə o da qeyd edilib ki, keçmiş bankir Seçil Erzan daha əvvəl başqa məhşur şəxslər - Candan bacıları ilə kamera yoldaşı olub. Ancaq daha sonra aralarında yaranan davadan sonra Candan bacıları həmin kameradan köçürülüb.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
teleqraf.com

1Источники