RU

Qəzza: 'Bankda pulum var, amma çörək ala bilmirəm'

“Çörək olsa da, bank hesabımda pul olsa da, övladlarıma çörək ala bilmədiyim günlər olur”.

News24.az xəbər verir ki, bu sözləri Deyr əl-Bələhdən olan fələstinli Məhəmməd əl-Kloub deyib.

O bildirib ki, bir çox satıcı elektron ödənişləri qəbul etmir, ona görə də onun bank hesabındakı pullar dəyərsizləşir.

Xüsusilə İsrail Fələstinin vergi gəlirlərindən Qəzzaya ayırdığı payları dondurduqdan sonra son aylarda Qəzzada nağd pul tapmaq çox çətinləşib.

Qəzza müharibəsinin ilk aylarında köçkünlərin sayı artdıqca, qəzzalılar nağd pul çıxarmaq ümidi ilə bankomatların və bankların qarşısında sıraya düzülüblər.

Bəziləri günlərlə növbələrinin gəlməsini gözləyirdilər.

Münaqişədə daha çox banklar dağıdılıb. Bu, misli görünməmiş nağd pul böhranına səbəb olub.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
news24.az

1Источники