RU

Mərkəzi Elmi Kitabxana könüllü qəbulunu elan edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) könüllü qəbulunu elan edir.

Bu barədə "Tehsil.biz"ə MEK-dən bildirilib.

Qeyd olunub ki, kitabxana işi sahəsində praktiki bilikləri mənimsəmək, spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb olunaraq peşəkar kitabxanaçı kimi formalaşmaq, eləcə də MEK-də iş effektivliyinin yüksəldilməsində yaxından iştirak etmək istəyən gənclər müsabiqədən keçərək “MEK könüllüləri”nə qoşulmaq imkanı əldə edəcəklər.

MEK intizamlılıq, işgüzarlıq, ünsiyyətcillik, operativlik, kompüter bacarığı, dil biliyi və digər keyfiyyətlərə sahib olan 18-35 yaşarası gəncləri müsabiqəyə qoşulmağa dəvət edir.

“MEK könüllüləri”nin əsas fəaliyyət istiqamətləri haqqında əlavə məlumatları buradan əldə edə bilərsiniz.

Избранный
136
1
tehsil.biz

2Источники