RU

“Real”dan ayrılmaq qərarına gəldi - 34 yaşlı hücumçu

Hücumçu Xoselu “Real”da qalmayacaq.

Sportinfo.az COPE-yə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu bu yay klubunu dəyişmək qərarına gəlib.

Buna səbəb “Real”ın eyni anda iki hücumçu – Kilian Mbappe və Endriklə müqavilə imzalamasıdır. Xoselu başa düşür ki, indi Madrid komandasında daha da az oyun vaxtı alacaq.

“Real” Xoselunu “Espanyol”dan 1,5 milyon avroya almağı planlaşdırsa da, futbolçu başqa variant seçib. Onun Yaxın Şərqə səfər edəcəyi gözlənilir.

Xoselu ümumilikdə “Real”ın heyətində 51 oyun keçirib, 19 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
sportinfo.az

1Источники