RU

Paşinyan Braziliyanın Ermənistandakı səfiri ilə görüşüb

Ermənistanın Baş naziri Nikol Paşinyan Braziliyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Fabio Vaz Pitaluqanı qəbul edib.

BiG.AZ xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib.

Paşinyan Ermənistan-Braziliya əməkdaşlığının müxtəlif sektorlar üzrə genişləndirilməsinin vacibliyini vurğulayaraq, iki ölkə arasında coğrafi məsafənin olmasına baxmayaraq əhəmiyyətli potensialı qeyd edib. Baş nazir konkret layihələrin işlənib hazırlanmasının və onların ardıcıl icrasının təmin edilməsinin vacibliyini vurğulayıb.

Həmsöhbətlər digər regional məsələlərlə yanaşı, Ermənistan-Braziliya əməkdaşlığının gündəliyini müzakirə ediblər.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
big.az

1Источники