Bakı. Trend:
Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna SilahlıQüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Yuri Sodoluvəzifəsindən azad edib.
Trend-in məlumatına görə, bu barədə V.Zelenski öz "Telegram"kanalında bildirib.
Ukrayna prezidenti qeyd edib ki, onun yerinə briqada generalıAndrey Qnatov təyin edilib.
Məlumata görə, Y.Sodol son vaxtlar fəal şəkildə tənqidolunub.