RU

Pirşağıda 2 il əvvəl təmirə bağlanan dövlət bağçasl niyə açılmır? – Sakinlər NARAZIDIRVİDEO

Təmir adı ilə bağlansa da, sonradan açılmayıb...

Xezerxeber.az xəbər verir ki, bina 1957-ci ildən bəri  uşaq bağçası kimi fəaliyyət göstərib. Ancaq, 2022-ci ildən təmir işləri ilə əlaqədar olaraq  bağçanın fəaliyyəti dayandırılıb. Ərazidə yaşayan sakinlər bildirirlər ki, azyaşlı uşaqlarını qoymağa bağça tapmadıqlarına görə əziyyət çəkirlər.

Bildirildi ki, əraziyə ən yaxın dövlət bağçası Pirşağıdadır. Məsafə də xeyli uzaqdadır.

Sakinlər bildirdilər ki, dəfələrlə aidiyyatı orqanlara mürciət ünvanlayıblar. Lakin heç bir  nəticəsi olmayıb..

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Ötən əsrin ortalarında inşa edilmiş 283 nömrəli körpələr evi-uşaq bağçası binasının əsaslı təmirə ehtiyacı olduğu üçün fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Sözügedən körpələr evi-uşaq bağçasının əsaslı təmir olunmasının növbəti Dövlət Proqramlarında nəzərə alınması aidiyyəti qurumların diqqətindədir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
2
xezerxeber.az

4Источники