RU

KTMT baş katibi: “Rusiya terror aktlarına görə yardım istəsə, KTMT köməyə hazırdır”

Rusiya Dağıstandakı terror aktlarından sonra yardım istəsə, KTMT müttəfiqləri kənarda durmayacaqlar.

interpress.az xəbər verir ki, bunu TASS-a müsahibəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

O bildirib ki, Dağıstanda baş verən terror aktlarından sonra Rusiya yardım istəsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqlər kənarda durmayacaqlar.

“Hazırda katibliyə Rusiya Federasiyasından kömək üçün heç bir müraciət daxil olmayıb. Rusiyanın bu tipli problemləri uğurla həll etmək üçün öz potensialı və təcrübəsi var.

İkitərəfli dövlətlərarası əməkdaşlıq potensialı da əhəmiyyətlidir. Bununla belə, mən əminəm ki, Rusiya yardım istəsə, müttəfiqlər kənarda durmayacaqlar”, – deyə KTMT-nin baş katibi bildirib.

Tasmaqambetovun sözlərinə görə, KTMT Katibliyi Mahaçqala və Dərbənddə baş vermiş faciəli hadisələrlə bağlı xəbəri dərin ağrı hissi ilə qəbul edib.

“Biz terrorçuların hərəkətlərini və dinlərarası nifrətin qızışdırılması cəhdlərini qətiyyətlə pisləyirik”, – deyə o vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
interpress.az

1Источники