Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş Dağıstanda baş verən terroraktı ilə əlaqədar Rusiya xalqına başsağlığı verib.
Trend bu barədə xariciKİV-lərə istinadən xəbər verir.
Məlumata görə, onun sözlərini sözçüsü Stefan Düjarrik rəsmiinternet saytında dərc etdiyi bəyanatda çatdırıb.
“BMT-nin Baş katibi Dağıstanda yəhudi və xristianların diniobyektlərinə və təhlükəsizlik qüvvələrinə qarşı törədilən terroraktlarını ən kəskin şəkildə pisləyir”, - bəyanatda qeyd edilib.
Qeyd edək ki, vətəndaşların təhlükəsizliyini təmin etmək, terrorcinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edənşəxslərin zərərsizləşdirilməsi üçün Rusiya FSB-nin Dağıstan üzrədepartamenti antiterror əməliyyatı keçirib. Mahaçqala və Dərbəndşəhərlərinin inzibati sərhədləri daxilində antiterror əməliyyatınınhüquqi rejimi bu gün saat 08:15-də ləğv edilib..
Bazar günü Dərbənd və Mahaçqalada silahlı şəxslər pravoslavkilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Sonməlumatlara görə, 15-dən çox polis əməkdaşı, həmçinin bir neçəmülki şəxs, o cümlədən Rus Pravoslav Kilsəsinin keşişi terroraktlarının qurbanı olub. Həmçinin, ikisi Dərbənddə, üçü isəMahaçqalada olmaqla beş terrorçu zərərsizləşdirilib.