RU

Azərbaycan basketbol millisi Avropa çempionatına hazırlığın ikinci mərhələsinə start verib

Azərbaycan

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət milli komandası təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Alberto Blankonun rəhbərlik etdiyi yığma iyunun 20-dən etibarən Memarlıq və İnşaat Universitetinin idman zalında hazırlığa başlayıb. İspaniyalı məşqçi toplanışda taktiki, texniki, hücum və müdafiə planları üzərində çalışıb.

Hazırlıq prosesində köməkçi məşqçilər Zaur Paşayev və Anar Hacıyev də iştirak ediblər.

Təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 4-dək davam edəcək.

Qeyd edək ki, toplanış 12-21 iyulda Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionuna hazırlıq məqsədi daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
azertag.az

1Источники