RU

Rusiya Aerokosmik Qüvvələrinin hərbi hissəsinin məxfi qərargahı tapıldı

Yazını böyüt
Yazını kiçilt

Ukraynanın əsasən tatar türklərindən ibarət “Ateş” partizan hərəkatı Rusiya Aerokosmik Qüvvələrinin Sankt-Peterburqdakı hərbi hissəsinin qərargahında kəşfiyyat aparıb.

Hafta.az bu haqda “UNİAN”-a istinadla məlumat yayıb.

"Ateş" telegram-kanalının məlumatına görə, partizanlar 26934 saylı hərbi hissənin Rusiya Aerokosmik Qüvvələri ilə əlaqəli olduğunu və helikopter bölmələri ilə bağlı fəaliyyətlə məşğul olduğunu öyrəniblər. "Koordinatlar: 59.706401797986864, 30.3779226968436. Biz bölmənin və qərargahın işinin xüsusiyyətlərini öyrəndik, hansı avtomobili idarə etdiyinizi, hansı marşrutları seçdiyinizi bilirik",- deyə  hərəkat üzvləri bildirib.

Bundan əlavə, partizanlar düşmənin hərbi obyektini əks etdirən fotoşəkilləri nümayiş etdiriblər. Şəkillərin birində deyilir: "Qadağa qoyulan ərazi. Keçid qadağandır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
hafta.az

1Источники