RU

SpaceX Starship-in Mars səthinə nə zaman eniş edəcəyini açıqlayıb

    NASA Marsda Perseverance aparatı vasitəsilə yığılan süxur nümunələrinin Yer kürəsinə geri qaytarılması missiyasında iştirak edəcək podratçı şirkəti axtarmağa başlayıb. Bu missiyanın iştirakı üçün bir neçə aerokosmik şirkət sorğu göndərib və onların arasında SpaceX də var. SpaceX öz növbəsində Starship kosmik gəmisinin Marsa ilk uçuşunu nə zaman təşkil edə biləcəyini açıqlayıb. NASA-nın Mars ilə bağlı missiyasının tenderində ümumilikdə 7 aerokosmik şirkət iştirak edir. Aerojet Rocketdyne, Lockheed Martin, Blue Origin, Northrop Grumman, Quantum Space, Whittinghill Aerospace və SpaceX.     SpaceX şirkətinin nümayəndələri hesab edirlər ki, Starship artıq 2029-cu ildə Marsın səthinə eniş edə biləcək. NASA öz növbəsində qeyd edib ki, SpaceX çox güclü komandaya və bu cür missiyanın yerinə yetirilməsi üçün lazımi təcrübəyə sahibdir. Bu mövzuda Elon Musk-ın əsas rəqiblərindən biri Lockheed Martin şirkəti ola bilər. Daha öncə bu şirkət NASA tərəfindən “Artemis-1” adlı Ay missiyasının yerinə yetirilməsi üçün podratçı şirkət kimi seçilmişdi. Bundan əlavə olaraq Amazon şirkətinin keçmiş CEO-su Jeff Bezos-a məxsus olan Blue Origin şirkətinin Blue Mars Lander adlı kosmik aparatı da öz konstruksiyası sayəsində NASA mütəxəssislərinin diqqətlərini özünə cəlb edə bilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
technote.az

1Источники