RU

Xiaomi-nin növbəti elektromobili avtomobil yollarında görülüb

     Xiaomi-nin SU7 adlı ilk elektromobilinin satışa çıxmasından cəmi 2 ay keçməsinə baxmayaraq şirkətin növbəti elektromobili barəsində məlumatlar artıq ortaya çıxıblar. Belə ki, şirkətin növbəti elektromobili Çinin avtomobil yollarında görülüb. Ortaya çıxmış fotolara əsasən şirkətin növbəti elektromobili öz gövdəsinin forması baxımından Ferrari Purosangue avtomobilini xatırladır. Məlumata əsasən Xiaomi-nin növbəti elektromobili krossover olacaq. Məlumatda qeyd edilib ki, şirkətin elektrikli krossoverinin kod adı MX11-dir.     Fotolarda elektromobilin gövdəsi xüsusi örtük ilə əhatə olunub. Bu, onun dizaynını gizlətmək üçün edilib. Lakin bununla belə elektromobilin ümumi gövdə formasını dəyərləndirmək olar. Fotolardan da görmək olar ki, bu elektromobil uzun kapot hissəsinə və ön şüşənin yuxarı hissəsində LiDAR skanerinə sahibdir. LiDAR skaneri elektromobildə avtopilot sisteminin olacağına işarə edir. Bloomberg saytının sözlərinə əsasən Xiaomi elektrikli krossoverin kütləvi istehsalına 2025-ci ilin sonundan tez start verməyəcək.

Избранный
92
technote.az

1Источники