Sabah Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlarımız başlayacaq.
Ölkə.Az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba X (tvitter) sosial şəbəkəsində yazıb.
“Ukrayna və Moldova arasında danışıqlar çərçivəsini təsdiqlədikləri üçün Aİ-nin 27 üzv ölkəsinə təşəkkür etdim. Aİ-yə daxil olmaq üzrə danışıqlarımız sabah başlayacaq”, - Kuleba yazıb.
Onun sözlərinə görə, o həmçinin Rusiya iqtisadiyyatını daha da boğmaq üçün Aİ-nin 14-cü sanksiyalar paketinin əhəmiyyətini vurğulayıb və Aİ-nin dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maraqları naminə istifadəsinə dair son addımlarını alqışlayıb.
Kuleba ayrıca hərbi yardımın, xüsusilə də hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Mürtəza
Ölkə.Az