RU

İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, iyunun 24-30-da müxtəlif idman növləri üzrə turnirlər təşkil olunacaq.

Boks üzrə oğlanlar və qızlar arasında yeniyetmələrin Avropa birinciliyi – 21 iyun - 3 iyul (Bosniya, Sarayevo);
Para-kamandan oxatma üzrə dünya reytinqli yarış - 22-30 iyun (Çexiya, Nove Mesto)
Şahmat üzrə Dünya Kuboku (8-12 yaş üzrə) – 22 iyun - 3 iyul (Gürcüstan, Batumi)
Sambo üzrə kişilər arasında Qran-Pri beynəlxalq yarışı - II mərhələ – 23-25 iyun (Rusiya, Krasnodar);
Atletika üzrə "Qusman Kosanov Memorialı" – 23-24 iyun (Qazaxıstan, Almatı);
Sərbəst, yunan-Roma və qadın güləşi üzrə U-20 və U-17 Avropa çempionatı – 24 iyun - 7 iyul (Serbiya, Novi Sad);
"Asiya uşaqları" beynəlxalq idman oyunları – 25 iyun - 7 iyul (Rusiya, Yakutiya);
Kayak və kanoe üzrə gənclər arasında (U-23) Avropa çempionatı – 25-30 iyun (Slovakiya, Bratislava);
Akademik avarçəkmə üzrə beynəlxalq "Vyana Reqatası" – 26-30 iyun (Avstriya, Vyana);
Paris-2024 Yay Olimpiya Oyunları – 26 iyun -5 avqust (Fransa, Paris);
Yelkən idman növünün "Optimist" sinfi üzrə Avropa çempionatı – 27 iyun - 6 iyul (İtaliya, Carrara);
WKF karate üzrə gənclərin liqa turniri – 27-30 iyun (Xorvatiya, Porec);
Cüdo üzrə oğlanlar və qızlar arasında U-18 Avropa birinciliyi – 27-30 iyun (Bolqarıstan, Sofiya);
Batut gimnastikası üzrə Dünya Kuboku – 28-29 iyun (İsveçrə, Arosa);
Çimərlik güləşi üzrə dünya seriyası – 28-29 iyun (Fransa);
Cüdo üzrə Avropa kuboku və BTMT – 29 iyun - 3 iyul (Sloveniya, Qradeç);
Ordu Triatlon Türkiyə Kuboku (bütün kateqoriyalar) – 29-30 iyun (Türkiyə, Ordu).

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
idman.biz

1Источники