Bakı. Trend:
Pakistanın Kəraçi şəhərində son 24 saatda həddindən artıqistilər nəticəsində 14 nəfər həyatını itirib.
Trend bu barədə xariciKİV-lərə istinadən xəbər verir.
Məlumata görə, ölkənin bəzi bölgələrində havanın temperaturu 53dərəcəni göstərib, Kəraçidə isə 76% rütubətlilik fonunda 45 dərəcəisti olub.
İnsanlara vacib hallar istisna olmaqla, evlərini tərketməmələri, bol maye içmələri və səyahət etməmələri barədəxəbərdarlıq edilib.
Pakistan Meteorologiya Departamenti temperaturun daha da artabiləcəyini bildirib.