RU

İranın Ali Məhkəməsi reper barəsində çıxarılan edam hökmünü ləğv etdi


İranın Ali Məhkəməsi ölkədə hökumət əleyhinə nümayişləri dəstəkləməkdə təqsirli bilinən reper Tumac Salehinin edam hökmünü ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun vəkili Amir Raisyan məlumat yayıb.
“Gözlənildiyi kimi, Ali Məhkəmə düzəldilməz məhkəmə səhvindən qaçdı. Tumac Salehinin edam hökmü ləğv edildi”, - Raisyan yazıb.
Vəkilin sözlərinə görə, məhkəmə kollegiyası həmçinin təsdiqləyib ki, Salehi 6 il 3 ay müddətinə azadlıqdan məhrum edən ilk hökm qanun pozuntuları ilə çıxarılıb. Raisyan bildirib ki, musiqiçinin işi başqa məhkəməyə göndərilib.
Xatırladaq ki, Salehi 2022-ci ilin oktyabrında etirazçıları açıq şəkildə dəstəklədiyi, o cümlədən bu barədə mahnılar yazdırdığı zaman saxlanılıb. Salehi “yer üzündə fitnə yaymaqda” ittiham edilib. 2023-cü ildə reper həbs cəzasına məhkum edilib.
Daha sonra o, Ali Məhkəmənin “ilk qərarda səhvlər” aşkar etdiyi qərarından sonra zaminə buraxılıb. Tezliklə musiqiçi yenidən həbs olunub və 2024-cü ilin aprelində İsfahan şəhər inqilab məhkəməsinin qərarı ilə ölüm cəzasına məhkum edilib.
Qeyd edək ki, İranda kütləvi etirazlar və iğtişaşlar 2022-ci ilin sentyabrında əxlaq polisi tərəfindən hicabı səhv geyindiyinə görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. Tələbə həbs olunduqdan az sonra dünyasını dəyişib. Hüquq müdafiəçilərinin sözlərinə görə, o, polis bölməsinə aparılarkən ağır kəllə-beyin travması alıb. Səlahiyyətlilər ölümün səbəbinin infarkt olduğunu bildirib. Etirazlar bir neçə ay davam edib, qarşıdurmalarda yüzlərlə insan həlak olub. Daha sonra bir çox etirazçı həbs edilib, bəziləri isə edam edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
yeniavaz.com

1Источники