RU

Turistik adalarda silsilə ölümlər – Alman turistin meyiti tapıldı

Yay aylarının gəlməsi ilə Egeydəki Yunan adalarında itən və ya həyatını itirən turistlərin sayında ciddi artım var.

KONKRET.az xəbər verir ki, Krit adasındakı Xanya şəhərindəki Souqia ilə Agia Roumeli arasındakı dağlarda gəzintiyə çıxan və itən alman turist bu gün səhər saatlarında axtarış-xilasetmə qrupları tərəfindən ölü tapılıb. Alman turistin cəsədi yarılma üçün Xanya xəstəxanasına aparılıb.

Qeyd edək ki, bu ayın əvvəlində Muğlanın Datça rayonu ilə üzbəüz Sömbeki (Simi) adasında yoxa çıxan BBC-nin dünyaca məşhur teleaparıcısı Mişel Mosley 3 gün sonra ölü tapılıb.

Hadisədən dərhal sonra Samos adasında yoxa çıxan 74 yaşlı hollandiyalı turist və Amarqos adasında yoxa çıxan təqaüdçü bazar günü ölü tapılıb.

Egey dənizinin ortasındakı Skinos adasına tətilə gələn və iki ayrı oteldə qalan 73 və 64 yaşlı iki fransız qadının 5 gün əvvəl gəzintiyə çıxdıqdan sonra otellərinə qayıtmadığı və axtarış apardığı bildirilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
konkret.az

1Источники