RU

Kadırovun anası da Aİ-nin sanksiya siyahısına düşdü


Avropa İttifaqı (Aİ) Rusiya Qəhrəmanı Axmat-Haci Kadırovun adını daşıyan fondu və fondun prezidenti Aymani Kadırovanı sanksiya siyahısına daxil etmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə qeyd edilib.
Sənəddən belə məlum olur ki, Aymani Kadırova ukraynalı uşaqların yenidən təhsili üçün “proqramın həyata keçirilməsinə”, habelə Ukraynaya qarşı döyüşlərdə iştirak edən çeçen döyüşçülərin ailələrinə yardım etdiyinə görə, sanksiya siyahısına salınıb.
Bundan əlavə, sənəddə qeyd olunur ki, Çeçenistan rəhbərinin anasına qarşı Rusiya hərbçilərini ərzaq və texniki avadanlıqla təmin etdiyinə görə də sanksiya tətbiq edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
yeniavaz.com

1Источники