RU

AVRO-2024: Belçikada 2 itki

Belçika millisi AVRO-2024-ün qrup mərhələsinin son turunda Ukrayna ilə oyuna ciddi itkilərlə çıxa bilər. Matc.az xəbər verir ki, komandanın 2 futbolçusunun iştirakı sual altına düşüb. Belə ki, yarımmüdafiəçi Aksel Vitsel və müdafiəçi Tomas Mönye zədədən əziyyət çəkir. Bu səbəbdəmn onlar komandanın son məşqində iştirak etməyiblər. Bugünkü hazırlıqda ümumilidə 23 oyunçu yer alıb. Qeyd edək ki, Belçika ilə Ukrayna arasında oyun iyunun 26-da keçiriləcək. E qrupunda son tur öncəsi bütün komandaların aktivində 3 xal var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
matc.az

1Источники