RU

Apple Vision Pro-nun ikinci nəsli və sadələşdirilmiş versiyası üzərində çalışır

    Bloomberg saytının yeni hesabatı Apple Vision Pro qarışıq reallıq cihazının növbəti versiyası barəsində bəzi məlumatları özündə əks etdirir. Qeyd etmək lazımdır ki, Vision Pro-nun növbəti versiyası daha ucuz qiymətə satılacaq versiya olmalıdır. Beləliklə Bloomberg-in hesabatına əsasən Vision Pro-nun sadələşdirilmiş versiyasının N107 kod adlı prototipləri daha dar baxış sahəsinə sahibdirlər. Bununla yanaşı məlumatda qeyd edilib ki, Vision Pro-nun sadələşdirilmiş versiyasının çalışması üçün mütləq şəkildə iPhone və ya Mac-a qoşulma tələb edilə bilər. Bu cür tələb isə onu standart Vision Pro-dan tamamilə fərqləndirir.    Belə ki, bu ilin əvvəlində satışa çıxmış Vision Pro tamamilə avtonom şəkildə çalışır və ondan istifadə etmək üçün iPhone və ya Mac-a qoşulma tələb edilmir. Bununla belə qarışıq reallıq cihazının sadələşdirilmiş versiyasından istifadə üçün iPhone və ya Mac-ın cəlb edilməsi öz növbəsində cihazın hesablama gücü və komponentləri üçün olacaq xərcləri aşağı salmağa imkan verəcək. Bu isə cihazın daha ucuz qiymətə satılmasını mümkün edəcək. Bloomberg-in hesabatında qeyd edilib ki, Apple öz qarışıq reallıq cihazının sadələşdirilmiş versiyası ilə yanaşı həmçinin standart Vision Pro-nun ikinci nəsli üzərində də çalışır və o, şirkət daxilində N109 kod adına sahibdir. Məlumata əsasən Vision Pro-nun ikinci nəsli daha təkmilləşdirilmiş prosessora və xarici kameralara sahib olmalıdır.

Избранный
75
technote.az

1Источники