RU

DünyaPriqojinin üsyanının yeni detalları - Rostovun ələ keçirilməsi və Voronejdəki yanğın...

SİZİN REKLAM BURADA!055 213 76 73

"Vagner" xüsusi hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin 24 iyun 2023-cü ildə baş verən üsyanı haqqında yeni detallar məlum olub.

O zaman "Vaqner" kolonları bir gündə yüzlərlə kilometr məsafə qət edərək paytaxtın yaxınlığına çatmışdılar.

Üsyanın şahidləri lenta.ru saytına bəzi detalları açıqlayıblar. Onlar Voronej vilayətində səhər tezdən baş verən döyüş, nəticədə zərər görən yaşayış evləri, Rostovun ələ keçirilməsi və yerli polisinin hərəkətləri, "Vaqner" döyüşçülərinin hərbi helikopteri vurmağa çalışmasından sonra Voronejdəki neft bazasında "əsrin yanğını" və digər üsyanın detallarını izah ediblər.

24 iyun səhər tezdən Voronej vilayətinin Yelizavetovka kəndində döyüş başladı. Bu yaşayış məntəqəsindən keçərək Tambov vilayətinə gedən yol istiqamətində üsyançıların kolonu keçirdi. Bundan əlavə, "Vaqner" döyüşçüləri Moskva istiqamətində Yelizavetovka yaxınlığından keçən "Don" pullu yolundan da hərəkət edirdi.

Bu yaşayış məntəqəsinin sakini Vera Sitnyavskaya səhər saat dörd radələrində partlayış və atəş səslərini eşidib. Partlayışlardan biri onun damının üstündə baş verib ki, nəticədə rus qadınının həyətində olan it ağır qəlpə yaraları alıb.

«Fit, partlayış, atəş səsləri... Sonra damımızda partlayış oldu. Görünür, zərbə oldu və hər tərəfi qəlpələr bürüdü», - deyə Sitnyavskaya bildirib.

Yerli sakinlər hələ də kimin və haradan atəş açdığını anlamırlar. Onların sözlərinə görə, kəndin ətrafında döyüş baş verdi və "Vaqner"çilər bir helikopteri vurdu, lakin bu məlumat rəsmi təsdiqini tapmadı.

Silahlı üsyançılar tanklarla erkən saatlarda Rostova daxil olduqda, şəhərdə vəziyyət əvvəlcə gərgin idi. Lakin günorta saatlarına doğru "Vaqner" döyüşçüləri daha sakit davrandılar. Bu zaman onlar tərəfindən ələ keçirilmiş Cənub Hərbi Dairəsinin qərargahı yaxınlığında dinc sakinlərin sayı getdikcə artdı.

Ən gərgin anlar iki epizod oldu. Əvvəlcə şəhərdə kimsə partlayış paketi işə saldı, nəticədə "Vaqner" döyüşçüləri döyüşə hazırlaşmağa və sakinləri qərargah binasından uzaqlaşdırmağa başladılar. Sonra silahlı şəxslər göründü, lakin eskalasiya baş vermədi.

"Vaqrner"çilər silahlı adamları həbs etdi. Onlar özlərini "Axmat" döyüşçüləri adlandırırdılar. Lakin onlar "Axmat" döyüşçüləri deyildi, çünki sərxoş görünürdülər.

Qeyd edək ki, Voronej vilayətində "Vaqner" döyüşçüləri içində səkkiz nəfərin olduğu hərbi "Il-22" təyyarəsini və iki pilotu olan "Ka-52" vertolyotunu vurublar. Bundan əlavə, onlar Voronejdəki neft bazasının rezervuarını partladıblar. Strateji obyekt daşınan zenit-raket kompleksinin mərmisi ilə vurulub. Onlar mərmini hərbi vertolyota atmışdılar, lakin vertolyot istilik tələlərini işə salmışdı və raket kursunu dəyişmişdi. Neft bazasını söndürməyə göndərilən yanğınsöndürənlərdən biri olan Aleksey zərbənin nəticələrini "əsrin yanğını" adlandırmışdı.

Onun sözlərinə görə, təxminən 12 saat söndürülən yanğın o qədər güclü idi ki, isti dalğa köpüyü yuyur, su havada buxarlanırdı. Yanğını söndürməklə yanaşı, mütəxəssislər qonşu yanacaq rezervuarlarını və yanğınsöndürən maşınları su ilə soyutmağa məcbur olmuşdu. Əks halda onlar da əriyə bilərdi. Yanğınsöndürənlərin istilik əks etdirən kostyumları yararsız hala düşmüşdü.

"Vaqner"çilər 23 iyun 2023-cü ildə gecə yarısından sonra Moskva istiqamətində hərəkətə başladılar, şirkətin qurucusu Yevgeni Priqojin Müdafiə Nazirliyini döyüşçülərinin arxa düşərgələrinə raket zərbəsi endirməkdə ittiham edirdi. Paytaxta gedərkən üsyançılar Rostovun mərkəzindəki Cənub Hərbi Dairəsinin qərargahını tutdular. Prigojinin kolonları Moskvaya 200 kilometr qalmış dayandı və Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra geri addım atdı.

Üsyandan iki ay sonra, 23 avqust 2023-cü ildə, Prigojinin təyyarəsi Tver vilayətində qəzaya uğradı. Biznes jeti "Embraer"də Prigojin özü, "Vagner"in əsas komandiri Dmitri Utkin və digər rəsmilər var idi. Sonradan bəzi "Vagner" döyüşçüləri Müdafiə Nazirliyinin bölmələrinə və Rusiya Milli Qvardiyasının "Axmat" xüsusi təyinatlılarına qoşuldular.

Far.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
far.az

1Источники