RU

Rusiya ABŞ-ı günahlandırır -SƏBƏB

Kreml Krımda 4 nəfərin ölümü ilə nəticələnən hücumda ABŞ-ı günahlandırır.

“Hökumətlərinizdən soruşun ki, niyə rus uşaqlarını öldürürlər” - Dmitri Peskov

Ednews elmundo.es saytına istinadən xəbər verir ki, dünən Rusiya Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, Kreml Ukraynanın Krımda ikisi uşaq olmaqla dörd nəfərin ölümü və 151 nəfərin yaralanması ilə nəticələnən hücumunda birbaşa ABŞ-ı günahlandırıb.

Mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında "Biz bunun arxasında kimin dayandığını çox yaxşı bilirik" deyib və əlavə edib ki, hücumda istifadə edilən "ATACMS" raketlərini kimin təmin etdiyi, onların hansı hədəflərə atılması və istifadəsi üçün məlumatları kimin verdiyi aydındır.

"Burada hər şey tamamilə aydındır. Siz media nümayəndələri kimi Avropadakı həmkarlarımdan, xüsusən də Vaşinqtondakı sözçülərdən soruşmalısınız ki, onların hökumətləri niyə rus uşaqları öldürürlər. Sadəcə bunu onlardan soruşun".

Rusiyanın cavabının nə olacağı ilə bağlı suala Peskov Putinin iyunun 6-da verdiyi açıqlamaları xatırladıb: Prezident bildirib ki, Ukraynaya Qərbin uzaqmənzilli silahları ilə Rusiyaya hücum etməyə icazə verilərsə, ABŞ və onun Avropalı müttəfiqlərinin mənzili daxilində bir sıra raketləri yerləşdirə bilər.A.Mikayil

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
ednews.net

1Источники