RU

Bir sıra lisey və gimnaziyaların rus bölməsi üzrə uşaqlar 1-ci sinfə müsabiqəsiz qəbul edildi

Bakı. Trend:

2024-2025-ci tədris ili üçün bir sıra lisey və gimnaziyalarınrus bölməsi üzrə uşaqlar 1-ci sinfə müsabiqəsiz qəbul edilib

Trend xəbər verir ki, bubarədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)məlumat yayıb.

Qeyd edilib ki, rus bölməsi üzrə birinci sinfə qəbulu müsabiqəyolu ilə aparılan ümumi təhsil müəssisələrinə qeydiyyat iyunun20-də tamamlanıb. Bir sıra lisey və gimnaziyaların rus bölməsi üzrəbirinci sinfinə qəbul üçün nəzərdə tutulmuş boş yerlərin sayımüraciət edən uşaqların sayından çox olduğundan müsabiqə ləğvedilib.

Müsabiqəyə qeydiyyatdan keçirilən uşaqlar müsabiqədə iştiraketmədən 1-ci sinfə qəbul edilib.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üçün lisey vəgimnaziyaların rus bölməsi üzrə uşaqların birinci sinfəqeydiyyatına 12 iyun tarixində start verilib. Uşaqların elektronqaydada məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təminedilməsi həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
10
az.trend.az

10Источники