RU

Sanksiyalar İran iqtisadiyyatına külli miqdarda ziyan vurdu

2011-2023-cü illərdə tətbiq edilən sanksiyalar İran iqtisadiyyatına bir trilyon 200 milyard dollar məbləğində ziyan vurub.

Olaylar xəbər verir ki, bunu İran Ticarət Palatasının keçmiş rəhbəri Hüseyn Selahvarazi bildirib.

Onun sözlərinə görə, seçiləcək yeni prezident qərblə sanksiyaların aradan qaldırılması istiqamətində mürəkkəb danışıqların öhdəsindən gəlməlidir.

Qeyd edək ki, iyunun 28-də İranda prezident seçkisi keçiriləcək. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
1
olaylar.az

10Источники