RU

Azərbaycanda 20 ildə evlənənlərin sayı artıb, yoxsa azalıb?

Son illərdə ölkəmizdə evlənənlərin sayı ciddi şəkildə azalıb.

Belə ki, əvvəllər il ərzindəki evlənənlərin sayı 80-90 min arası olurdu. Lakin yaxın tarixlərdə bu statistika xeyli azalıb.

“Cebhe.info” Dövlət Statistika Komitəsinə əsasən, Azərbaycanda 20 ildə nikaha daxil olanların rəsmi statistikasını təqdim edir: 

2002-ci ilə ildə ölkəmizdə 41 min 661 nəfər nikaha daxil olub. Bu rəqəm 2003-cü ildə 56 min 91, 2004-cü ildə 62 min 177 nəfərə çatıb. Azərbaycanda evlənənlərin sayı 2005-ci ildə 71 min 643, 2006-cı ildə də 79 min 443 nəfər olub. 2007-ci ildə rəsmi nikaha daxil olanların sayı 81 mini keçib. Sözügedən ildə toplam 81 min 758 nəfər ailə həyatı qurub. 

Lakin növbəti ildə evlənənlərin sayında cüzi də olsa azalma qeydə alınıb: 79 min 964 nəfər. Azalma tendensiyası 2009-cu ildə də davam edərək 78 min 72 nəfərə düşüb. 

Buna baxmayaraq, 2010-cu ildə ailə quranların sayı 79 min 172 nəfərə yüksəlib. 

2011-ci ildə nikaha daxil olanların sayında son 20 il ərzindəki ən yüksək göstərici qeydə alınıb. Həmin ildə 88 min 145 nəfər evlənib. Ancaq 2012-ci ildə ailə həyatı quranların sayı kəsin azalaraq 79 min 65 nəfərə qədər azalıb. 2013-cü ildə nikaha daxil olanların sayı artaraq 86 min 852 nəfər, 2014-cü ildə 84 min 912 nəfər təşkil edib. 2015-ci ildən etibarən isə evlənənlərin sayında ciddi geriləmə baş verib. Həmin ildə rəsmi ailə həyatı quranların sayı 68 min 773, növbəti il 66 min 771, 2017-ci ildə 62 min 923, 2018-ci ildə isə 62 min 484 nəfər olub. 

2019-cu ildə il ərzində evlənənlərin sayı bir qədər yüksələrək 63 min 869-cu ilə qalxsa da, pandemiyanın yaşandığı 2020-ci ildə nikaha daxil olanların sayı kəskin  aşağı düşüb. Belə ki, koronavirusun tüğyan etdiyi ildə evlənənlərin sayı sadəcə 35 min 348 nəfər olub. 

Lakin sonrakı iki ildə bu statistikada artım baş verib. 2021-ci ildə 56 min 314, 2022-ci ildə isə 61 min 939 nəfər il ərzində rəsmi nikaha daxil olub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
cebheinfo.az

1Источники