Cənubi Koreyada batareya istehsalı zavodunda yanğın baş verib.Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 16 nəfər həlak olub. Yanğın 2300 kv.m-ə yaxın ərazini əhatə edib. Onu beş saatdan sonra nəzarətə götürmək mümkün olub. Batareyaların istidən partlaması yanğının söndürülüməsinə mane olub. Tələfatın artacağı istisna olunmur.