RU

Müsahibələr 1 iyuldan etibarən başlayacaq

6 may 2024-cü il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, elan üzrə 77 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 421 vəzifə (A növündə 84 vakant, B növündə 337 vakant) müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2274 namizədlə 4254 müsahibənin keçirilməsi planlaşdırılır.

 

Ən yüksək müsahibə sayı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, məsləhətçi (1 vakant yer üzrə 271 namizəd), Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, məsləhətçi (1 vakant yer üzrə 255 namizəd), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Aparat, Keyfiyyətə nəzarət və monitorinq sektoru, məsləhətçi (1 vakant yer üzrə 193 namizəd) vəzifələri üzrə qeydə alınmışdır.

 

Müsahibələrin 1 iyul 2024-cü il - 12 noyabr 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

 

Namizəd 48 saat ərzində (24 iyun 2024-cü ildən -26 iyun 2024-cü il saat 16:00-dək) müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməlidir. Müsahibədə iştirak etməyəcəyi halda müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin kodunu seçib açılan müraciət formasında 'İMTİNA' düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaqdır.

 

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaqdır.

 

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, habelə vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

 

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur. Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələrdə iştirak edən namizədlər yaddaş kitabçası ilə buradan tanış ola bilərlər.

 

Qeyd: Təyin edilmiş müsahibə günü etibarlı sertifikatı olmayan namizədlərin müsahibələri ləğv edilmişdir. Müsahibənin keçirilməsi üçün namizəd müsahibə gününə qədər müvafiq sertifikat əldə edərək DİM-ə müraciət etməlidir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
azedu.az

1Источники