RU

Avropa Komissiyası Telegram-a qarşı araşdırma başlatmağa hazırlaşır

Avropa Komissiyası Telegram-a qarşı araşdırma başlatmağa hazırlaşır




Avropa Dəyərləri və Şəffaflıq üzrə Avropa komissarı Vera Jourova bildirib ki, AK istifadəçilərin sayı ilə bağlı qeyri-dəqiq məlumatlar təqdim etdiyinə dair şübhələrdən sonra Telegram messencerinə qarşı araşdırma başlatmağa hazırlaşır. Bu barədə “Süddeutsche Zeitung” məlumat yayıb.“Mən Telegram-a etibar etmirəm. Onların cəmi 42 milyon istifadəçisi olduğuna inana bilmirəm. Biz komissiyada əminik ki, xidmətin çoxdan 45 milyondan çox istifadəçisi var. Avropa Komissiyası indi araşdırmaya başlayıb-başlamamağımızı yoxlayır”, – Jurova bildirib.İyunun 2-də Avropa Komissiyasının rəhbərinin müavini Vera Jourova Bloomberg-ə müsahibəsində bildirib ki, AK messencerin iş prinsipini öyrənmək üçün Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdən Telegram istifadəçilərinin sayını yoxlayacaq. Onun sözlərinə görə, Telegram-ın rəsmi məlumatlarına görə, onun Avropa İttifaqından 42 milyon qeydiyyatdan keçmiş istifadəçisi var.Mənbə: Gazeta.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
2
patrul.az

3Источники